“Barselona”nın yeni transfer hədəfidir - Braziliyalı müdafiəçi

10:40 İspaniya 108
“Barselona”nın yeni transfer hədəfidir - Braziliyalı müdafiəçi

“Betis”in müdafiəçisi Natan Bernardo “Barselona”nın transfer hədəfidir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı futbolçunun mümkün transferi ilə bağlı danışıqlar aparıb.

Digər namizədlərlə müqayisədə Natanın maliyyə baxımından daha əlverişli variant olduğu bildirilir.

25 yaşlı müdafiəçi 2025-ci ilin yayından Sevilya təmsilçisində çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir.

“Transfermarkt” portalı Natanın bazar dəyərini 30 milyon avro qiymətləndirir.

Onun xidmətində maraqlı olan “Barselona” Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM