“Tottenhem”in müdafiəçisi Pedro Porronun qış transfer dövründə “Barselona”ya keçməsi gözlənilmir.
Sportinfo.az “Esport3”-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta ispaniyalı futbolçunun böyük pərəstişkarıdır.
Buna baxmayaraq, klubun yanvarda 27 yaşlı müdafiəçini transfer etmək üçün cəhd göstərməyəcəyi bildirilir.
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona” qışda əsas diqqətini mərkəz müdafiəçisi transferinə yönəltməyi planlaşdırır.
Porro cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 5 oyunda meydana çıxıb. “Transfermarkt” portalı onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.
