“Real” müdafiəçisi Trent Aleksander-Arnoldun komandadan ayrılmasında israr etmir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi ingiltərəli futbolçunun gedişini zəruri hesab etməsə də, sərfəli təklif alacağı təqdirdə, onu nəzərdən keçirə bilər.
Aleksander-Arnoldun transferində əsas maneə isə onun yüksək maaşıdır. Müdafiəçi “Liverpul”dan “Real”a keçdikdən sonra Madrid təmsilçisinin əsas heyətində möhkəmlənə bilməyib.
27 yaşlı futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Onun “Real”la müqaviləsinin müddəti 2031-ci il iyunun sonuna qədərdir.
