“Biz heç vaxt meydana heç-heçə üçün çıxmırıq, eşitdiyimə görə...”

20:20 Sabah 102
“Biz heç vaxt meydana heç-heçə üçün çıxmırıq, eşitdiyimə görə...”

“Biz heç vaxt meydana heç-heçə üçün çıxmırıq. Belə yanaşmamız yoxdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın yarımmüdafiəçisi Velko Simiç deyib.

Serbiyalı legioner Slaviya” ilə oyunda heç-heçənin onları qane edib-etməyəcəyi barədə suala belə cavab verib:

“Qalib gəlmək, oynamaq və dominantlıq etmək istəyirik. Buna görə də Çempionlar Liqasında da özümüzü göstərməyə və matçda qalib gəlməyə çalışacağıq.

Bizim yanaşmamız budur. Məşqçilər korpusumuzdan eşitdiyimə görə, “Slaviya” fiziki cəhətdən həqiqətən güclü komandadır.

Çox mütəşəkkil və güclü rəqibdir. Biz də onlara eyni şəkildə cavab verməliyik”.

Simiç Çempionlar Liqasındakı qarşılaşmaya çoxsaylı azarkeşin gələcəyinə ümid etdiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti