Fransız “Neftçi”dən danışdı, təəssüfləndi: “Çempionlar Liqası fərqlidir”

11:20 Sabah 186
Fransız “Neftçi”dən danışdı, təəssüfləndi: “Çempionlar Liqası fərqlidir”

"Sabah"ın legioneri Akim Zedadka verib.

Sportinfo.az xəbər verir ki, fransalı müdafiəçi komandasının Premyer Liqanın 7-ci turunda “Neftçi” ilə görüşdəki nəticəsini (0:0) şərh edib:

"Əslində, çətin oyun alındı. Çünki yaxşı komandaya qarşı oynayırdıq.

Bizim yaxşı hücumlarımız oldu. Təəssüf ki, qol vurmaq alınmadı.

Onlar da hücumda yaxşı idilər. Məncə, həm biz, həm də rəqib üçün ədalətli nəticə idi".

Zedadka Çempionlar Liqasının ikinci turunda qarşılaşacaqları "Slaviya"(Praqa) ilə görüşdən də gözləntilərini bölüşüb:

"Bilirsiz ki, Çempionlar Liqası fərqli turnirdir. Bütün diqqətimiz "Neftçi" ilə yönəlmişdi. Həmin oyun artıq geridə qaldı.

Qarşıda Çempionlar Liqasının oyunu var. Bütün diqqətimizi bura yönəldəcəyik. Yaxşı nəticə üçün mübarizə aparacağıq".

Digər Xəbərlər
Xəbər Lenti