Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək cavab oyunu öncəsi narahatlığını dilə gətirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis sağ cinah müdafiəçisi Piyus Şirvisin yoxluğundan əziyyət çəkdiklərini etiraf edib.
O, 28 yaşlı oyunçunun qarşıdakı matçda da iştirak etməyəcəyini söyləyib
: “Piyus Şirvisin sıradan çıxması bizim üçün böyük itkidir. Bunu Azərbaycanla oyunda hiss etdik.
Zədəsi ciddi olduğu üçün çox güman ki, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Yəqin ki, onun əməliyyata ehtiyacı olacaq.
Təəssüf ki, Azərbaycanla Bakıda keçirəcəyimiz qarşılaşmada da onun xidmətindən yararlana bilməyəcəyik. Ümid edirəm ki, digər futbolçularımız vacib matçda bu boşluğu layiqincə dolduracaqlar”.
Azərbaycan və Litva milliləri arasında növbəti görüş oktyabrın 4-də “Palms Sports Arena”da keçiriləcək.
