İlk gündə 4 medal qazandıq - "Mingəçevir Reqatası-2026"da

07:10 Digər növlər 108
İlk gündə 4 medal qazandıq - "Mingəçevir Reqatası-2026"da

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin Füzulidə təşkil olunan ilk günündə Azərbaycan idmançıları 4 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, Köndələnçay su anbarında təşkil olaunan ilk mərhələdə 1 nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar təşkil olunub.

2008/2009 təvəllüdlülərin 1 nəfərlik kanoe yarışında Azərbaycan təmsilçisi Hüseyn Səmədli 51.48 nəticə ilə üçüncü yeri tutub.

2008/2009 təvəllüdlülərin 1 nəfərlik kayak yarışında Əlimurad Hacızadə (45.29) çempion olub. Azərbaycanın digər təmsilçisi Nuran Rəhimli (47.92) isə ikinci pillədə qərarlaşıb.

2010/2011 təvəllüdlü idmançıların 1 nəfərlik kayak yarışında Elmir Tarverdiyev (44.67) bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM