“Hər məşqdən və hər oyundan sonra daha da yaxşı olacağıq, daha gözəl futbol göstərəcəyik”.
Sportinfo.az xəbər verir ki, bunu “İmişli”nin hücumçusu Seyxan Fərəcov deyib.
24 yaşlı forvard komandanın qarşıdakı oyunlardakı hədəflərindən söz açıb:
“Çox çalışırıq, məşqlərdə çox əziyyət çəkirik. Qarşıdakı hər oyuna da bu matçda olduğu kimi 3 xal qazanmaq üçün çıxacağıq.
Allahın köməyi ilə buna nail olacağımıza inanıram”.
