"Onların potensialının bundan qat-qat yüksək olduğunu bilirik"

04:20 Şahmat 99
"Onların potensialının bundan qat-qat yüksək olduğunu bilirik"

Azərbaycan Şahmat Federasiyası səhvlərin üzərində işləyərək həm kişi, həm də qadın qrossmeysterlərin gələcəkdə beynəlxalq yarışlarda uğur qazanması üçün hazırlıq və dəstək proqramlarını daha da gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açıqlama verib.

O, Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasının yekunları ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan Şahmat Federasiyası olaraq, bu nəticələri ətraflı təhlil edəcəyik. Səhvlərimiz üzərində işləyərək həm kişi, həm də qadın şahmatçılarımızın gələcəkdə beynəlxalq arenalarda uğur qazanması üçün hazırlıq və dəstək proqramlarını daha da gücləndirəcəyik. Mütləq qaydada yığmaların çıxışı təhlil olunacaq".

M.Məmmədov hər iki komandanın əzmkarlıqla mübarizə apardığını söyləyib:

"Kişilərdən ibarət millimiz çox gərgin keçən yarış marafonunu 5-ci sırada tamamlayaraq ilk "onluq"da yerini təsdiqlədi. Medal qazanmağa çox yaxın idik, xüsusilə gənc və təcrübəli şahmatçılarımız gələcək üçün böyük perspektiv vəd etdiyini sübut etdi. Qadınlardan ibarət kollektiv isə yarışı 16-cı yerdə başa vurdu. Onların potensialının bundan qat-qat yüksək olduğunu bilirik. Bəzi turlarda xal itkiləri olsa da, bu səviyyəli turnirdə qazanılan təcrübə növbəti yarışlarda daha uğurlu nəticələr əldə etməyimizə kömək edəcək".

46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət komandası 17 xalla 5-ci olub. Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?