"Zirə"nin legioneri millidə Sudana qol vurdu

03:00 Zirə 73
"Zirə"nin legioneri millidə Sudana qol vurdu

Afrika Millətlər Liqasında seçmə mərhələnin növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martinsin çıxış etdiyi Mozambik millisi Sudanı qəbul edib.

Görüş Mozambik millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində yer alan Martins qarşılaşmanı əvəzlənmədən keçirib. 30 yaşlı futbolçu 24-cü dəqiqədə komanda yoldaşına məhsuldar ötürmə edib, 58-ci dəqiqədə isə özü də qol vuraraq qələbəyə töhfə verib.

Bu nəticədən sonra 4 xal toplayan Mozambik qrupda 2-ci pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?