“Qrupu lider kimi başa vurmaq istəyirik”- Yığmamızın müdafiəçisi

03:30 Milli komanda 70
“Qrupu lider kimi başa vurmaq istəyirik”- Yığmamızın müdafiəçisi

“Millətlər Liqasında ilk oyunumuz idi, nəticədən razıyıq.

İstəyimiz qələbə qazanmaq idi, amma əsas odur ki, uduzmadıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov deyib.

Daşdəmirov səfərdə Litva millisi ilə 1:1 hesablı heç-heçəni dəyərləndirərək qarşılaşmada qələbə qazana biləcəklərini bildirib:

“Məncə, oyunun səfərdə keçirildiyini nəzərə alsaq, pis nəticə deyil. Qarşılaşmanın sonlarında qol epizodlarımız oldu.

Onlardan istifadə edə bilsəydik, meydandan qələbə ilə ayrıla bilərdik. Xırda səhv nəticəsində penalti ilə qol buraxdıq. Rəqibin bundan başqa ciddi qol epizodu olmadı”.

Milli komandadakı ümumi çıxışlarından da danışan Rəhman həm müdafiədə, həm də hücumda yaxşı oynadıqlarını vurğulayıb:

“Məncə, hər iki hissədə yaxşı çıxış etdik. Qol buraxsaq da, tez toparlanaraq hesabı bərabərləşdirdik.

Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Artıq qarşıdakı oyunlara köklənəcəyik.

Qrupu lider kimi başa vurmaq istəyirik. Buna layiq olduğumuzu düşünürəm. Bir-birimizə inanırıq”.

Müdafiəçi qarşılaşmada onları dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib:

“Bu gün bizi stadionda dəstəkləyən azarkeşlərin hər birinə öz təşəkkürümü bildirirəm. Sağ olsunlar, bizi yalnız buraxmadılar”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?