COP29

“Real” FİFA və UEFA-nı günahlandırır - Oyunçuların zədələnməsinə görə

20 Noyabr 2023 15:40 İspaniya 311
“Real” FİFA və UEFA-nı günahlandırır - Oyunçuların zədələnməsinə görə

“Real” hücumçu Vinisius Junior və yarımmüdafiəçi Eduardo Kamavinqanın milli komandada olarkən zədələnməsindən narazıdır.

Sportinfo.az xəbər verir ki, Madrid klubu buna görə La Liqa, İspaniya Futbol Federasiyası, FİFA və UEFA rəhbərliyini günahlandırır. “Real” təmsilçiləri hesab edirlər ki, futbolçunun zədələnməsinə səbəb təqvimin həddən artıq yüklənməsidir.

Vinisius 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya yığması ilə oyunda (1:2) Braziliya millisinin heyətində zədələnib.

Futbolçunun təxminən 2,5 ayı buraxacağı və 2024-cü ilin fevralına kimi geri dönməyəcəyi bildirilib. 23 yaşlı hücumçu bu mövsüm “Real”ın heyətində 13 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kamavinqa Fransa millisindən noyabrın 16-da ayrılıb. Bundan əvvəl milli komanda ilə məşq zamanı o, PSJ-nin hücumçusu Osman Dembele ilə toqquşmadan sonra dizindən zədə alıb.

21 yaşlı yarımmüdafiəçi bu mövsüm “Real”ın heyətində 17 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti