“Atletiko”nun Madriddə geridönüşü möhtəşəm alındı - VİDEO

2 Oktyabr 2023 10:20 İspaniya 760
“Atletiko”nun Madriddə geridönüşü möhtəşəm alındı - VİDEO

İspaniya La Liqasında VIII turun iki oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Atletiko Madrid” öz meydanında “Kadis”lə qarşılaşıb.

Matç “hindular”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar 12-ci dəqiqədə Lukas Pires, 27-ci dəqiqədə Rojer Martinin qolları ilə iki topluq üstünlük qazanıblar. Lakin paytaxt təmsilçisi geridönüş etməyi bacarıb.

32-ci dəqiqədə Anxel Korrea fərqi azaldıb. 46-cı dəqiqədə Nahuel Molina hesabda tarazlıq yaradıb. 66-cı dəqiqədə isə Korrea dublunu rəsmiləşdirərək, meydan sahiblərinə qələbə qazandırıb.

Xallarını 16-ya çatdıran “Atletiko Madrid” dördüncü pilləyə yüksəlib. “Kadis” isə iki addım geriləyətək 12-ci yerə düşüb. Komandanın doqquz xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i