“Tarix siçovulları unudur"

24 May 01:40 İspaniya 407
“Tarix siçovulları unudur"

“Tottenhem”in braziliyalı hücumçusu Riçarlison sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, İspaniya La Liqasının 35-ci turunun “Valensiya” – “Real” matçında (1:0) irqçi çıxışlara məruz qalan həmyerlisi Vinisius Juniora dəstək olub:

“Onlar həmişə qaradərili futbolçuların zirvəyə çatmasının qarşısını almaq üçün əllərindən gələni edirlər, kölə durumuna salırlar, öldürürlər.

Lakin böyük biri olmaq üçün doğulanları heç vaxt yenə bilmirlər. Tarix siçovulları unudur və pis düşüncəli insanlarla mübarizə aparanların üzünə yeni və fərqli qapılar açır. Mən hər zaman səninləyəm, Vinisius!”

Braziliyalı futbolçu 2018-ci ildən “Real”da forma geyinir. Onun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

Vinisius cari mövsümdə “kral klubu”nun heyətində 32 liqa oyununa çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər