"Messi üçün nəsə edə bilmişəmsə, deməli, məqsədimə çatmışam”

18 Noyabr 2022 00:10 İspaniya 521
"Messi üçün nəsə edə bilmişəmsə, deməli, məqsədimə çatmışam”

İspaniya millisinin baş məşqçisi Luis Enrike PSJ-nin hücumçusu Lionel Messinin onu tərifləməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu karyerasının ən yaxşı dönəmini məhz ispaniyalı mütəxəssis “Barselona”da olan dövrdə yaşadığını deyib.

Enrike bu barədə bunları söyləyib: “Bizim çox yaxşı münasibətimiz var. Leo unikal oyunçudur.

Güclü xarakterə malik iki insan da səhv edə bilər. Mən həmişə bu haqda danışmışam. Onun üçün nəsə edə bilmişəmsə, deməli, məqsədimə çatmışam”.

35 yaşlı forvard 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Messi 10 dəfə İspaniya çempionatının, 7 dəfə İspaniya kubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının və 3 dəfə UEFA superubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş