Komanda yoldaşı haqda söylədi: “Heyvandır”

24 Sentyabr 2022 01:40 İspaniya 717
Komanda yoldaşı haqda söylədi: “Heyvandır”

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun yeni futbolçuları haqda fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, yeni transferlərdən Frenk Kessyeni heyvan adlandırıb:

“Kessye sadəcə bir heyvandır. İnsanlar onunla toqquşanda üç metr kənara uçurlar. Frenkə qarşı məşqdə ümumiyyətlə, oynamamağa çalışıram”.

O, həmçinin Andreas Kristensen, Jul Kunde və Markos Alonsonun fiziki cəhətdən çox güclü olduğunu qeyd edib.

La Liqanın 6 turundan sonra “Barselona” 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İspaniya çempionatının lideri 18 xalla “Real”dır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi