"Məni “Barselona”ya satın" – Klub rəhbərliyindən xahiş etdi

6 İyul 2022 12:20 İspaniya 621
"Məni “Barselona”ya satın" – Klub rəhbərliyindən xahiş etdi

“Barselona” “Çelsi”nin müdafiəçisi Markos Alonsonu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, futbolçunun özü Kataloniya klubuna keçməkdə israrlıdır.

Alonso “Çelsi”dən onu “Barselona”ya buraxmağı xahiş edib.

Futbolçu “Barsa” ilə 2025-ci ilə qədər hesablanacaq şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Amma klublar transferin məbləği ilə bağlı razılığa gələ bilmirlər. “Çelsi” Alonso üçün 12-14 milyon avro istəyir.

Alonso 2021/22 mövsümündə “Çelsi”nin heyətində 46 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti