Axır ki, müqavilə bağlamağa razılaşdı - 40 faiz az qazanaca

4 İyul 15:40 İspaniya 399
Axır ki, müqavilə bağlamağa razılaşdı - 40 faiz az qazanaca

“Barselona” Osman Dembele ilə tezliklə yeni müqavilə imzalayacaq.

Sportinfo.az xəbər verir ki, tərəflər 2024-cü ilin yayına kimi hesablanacaq yeni müqavilə bağlamağa yaxındırlar.

Fransalı iyulun 1-dən azad agent statusu alıb. Xəbərdə qeyd olunur ki, cinah hücumçusu yeni müqavilə ilə əvvəlkindən 40 faiz az qazanacaq.

Daha əvvəl “Çelsi” və “Bayern”in fransalı futbolçuya “Barselona”dan daha sərfəli müqavilə təklif etdiyi bildirilirdi.

Dembele ötən mövsüm kataloniyalıların heyətində 32 oyunda 2 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi iyunun 30-da bitib.

Digər Xəbərlər
Xəbər Lenti