“Messiyə özüm zəng vurmadım, Suaresdən xahiş etdim ki…“

14 Oktyabr 2021 01:24 İspaniya 1 142
“Messiyə özüm zəng vurmadım, Suaresdən xahiş etdim ki…“

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone yayda “Barselona”dan ayrılan Lionel Messinin heyətə cəlb olunmasını istədiyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə İspaniya mətbuatına açıqlamasında deyib:

“Messiyə özüm zəng vurmadım, bunu Luis Suaresdən istədim. Ona Messidən “Atletiko”ya keçmək ehtimalının olub-olmadığını soruşmasını xahiş etdim.

Ancaq qısa zaman sonra PSJ Messiylə müqavilə imzaladığını açıqladı”.

Digər Xəbərlər
Xəbər Lenti