"Onun məni istəmədəyini deməsi üçün cəmi 40 saniyə lazım oldu”

10 Oktyabr 2021 10:20 İspaniya 1 048
"Onun məni istəmədəyini deməsi üçün cəmi 40 saniyə lazım oldu”

“Atletiko”nun hücumçusu Luis Suares açıqlama verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu “Barselona”nın baş məşqçisi Ronald Kuman haqqında sərt ifadələr işlədib:

“Kumanın məni istəmədəyini deməsi üçün cəmi 40 saniyə lazım oldu.

Mənə əvvəlcə planlarında yer almadığımı dedi, daha sonra müqavilə şərtlərində güzəşt etməsəm, “Vilyarreal”la oyunda olmayacağımı söylədi. Özünün və ya klubun məni istəmədiyini deyə biləcək bir xarakterə sahib deyildi.

Lionel Messi “Barselona”dan özü ayrıldı, amma məni göndərdilər. İkimiz də çətin anlar yaşadıq. “Barselona”ya çox şey verdiyimi düşünürəm. Artıq çətin günlər geridə qalıb”.

Suares 2020-ci ilin sentyabrında “Barselona”dan “Atletiko”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti