FİFA “Barselona”ya kimə görə təzminat ödəyəcək?

24 İyun 2021 01:52 İspaniya 941
FİFA “Barselona”ya kimə görə təzminat ödəyəcək?

FİFA “Barselona”ya təzminat ödəyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin futbolçusu Osman Dembelenin Fransa millisinin heyətində AÇ-2020-nin oyununda zədələnməsidir.

FİFA beynəlxalq oyunlar zamanı millidə zədələnən və azı 28 günlük sıradan çıxan futbolçuların klublarına təzminat ödəyir. Ali futbol qurumu Dembeleyə görə “Barselona”ya 2,5 milyon avro təzminat ödəyəcək.

Dembele Fransa yığmasının AÇ-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində Macarıstana qarşı keçirdiyi oyunda (1:1) zədələnib və azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti