Hücumçusunu 10 milyon avroya satdı - 5 illik müqavilə imzalandı

26 Yanvar 2021 12:00 İspaniya 516
Hücumçusunu 10 milyon avroya satdı - 5 illik müqavilə imzalandı

“Real Sosyedad” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Sevilya”dan Karlos Fernandesi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

AS nəşrinin xəbərinə görə, “Real Sosyedad” ispan futbolçu üçün “Sevilya”ya 10 milyon avro ödəyib.

Fernandes “Sevilya”da bu mövsüm 7 oyuna çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu