Azərbaycan millisi DÇ-nın 1/8 finalında Yaponiyaya uduzdu

03:00 Cüdo 70
Azərbaycan millisi DÇ-nın 1/8 finalında Yaponiyaya uduzdu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayıb və Avstriyanı 4:0 hesabı ilə məğlub edib.

Madina Kaisinova (+70) Mariya Höllvart üzərində qələbə qazanıb. Xədicə Qədəşova (+57) Laura Kallingerə qalib gəlib.

Kişilərin yarışında Zelim Kotsoyev (+90) Movli Borçaşvilini məğlub edib. Ardınca Rəşid Məmmədəliyev (+73) isə Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Azərbaycan komandası 1/8 finalda Yaponiya millisi ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Yaponlarla görüşdə millimizin heyətində Kotsoyev qalib gəlib, Qadaşova, Ağayeva, Məmmədəliyev və Tsakayev isə məğlub olub.

Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar. Azərbayan millisi fərdi yarışlarda ümumi komanda hesabında 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM