Nazir: “Bu sayda kifayət qədər artım var, onların yarıdan çoxu azərbaycanlılardır”

03:50 Digər növlər 76
Nazir: “Bu sayda kifayət qədər artım var, onların yarıdan çoxu azərbaycanlılardır”

Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var.

Sportinfo.az xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonu çərçivəsində media nümayəndələrinə açıqlamasında deyib.

Nazir xatırladıb ki, marafon artıq 3-cü dəfədir keçirilir:

"Marafon ilk dəfə Xankəndidə start götürmüşdü. Son 2 ildə isə Xankəndidə finiş edirik.

Məsafə 192 kilometrdir, idmançılar 4 gündə bu məsafəni qət edirlər. İştirakçıların sayında kifayət qədər artım var.

Onların yarıdan çoxu azərbaycanlılardır. Sevinirik ki, bizim bu qədər ulturamarafonçumuz var".

F.Qayıbov qeyd edib ki, marafon iştirakçıları arasında qadınlar da çoxluq təşkil edir.

"Yarışa 6 ölkənin iştirakçıları qatıllıb. Atletlərin təxminən 25 %-i qadınlardır. Hər bir idmançını, eləcə də xalqımızı işğaldan azad olunmuş ərazilərimizdəki növbəti idman bayramı münasibətilə təbrim edirəm", - nazir deyib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM