Bilirik ki, legioner limitinin ləğvindən sonra klublarmız öz yetirmələrinə, akademiyalarına diqqəti bir qədər də azaldıb.
Artıq yerli futbolçular əvvəlki qədər klublarımıza maraqlı deyil.
Belədə təbii ki, gənclərimizin inkişafı da axsamış olur, bir qədər kölgədə qalmış olur.
Amma ümid verən məqam da yox deyil. Nə yaxşı ki, 15 yaşlılar arasında və 20 yaşlılar arasında dünya çempionatları ölkəmizdə keçiriləcək.
Məhz bu cür nüfuzlu yarışların ölkəmizdə keçirilməsi AFFA-nı həmin yaş qrupları üzrə seçimlərdə diqqətli olmağa, həmin yaş qruplarına xüsusi diqqət ayırmağa vadar edir.
Bu baxımdan biz görürük ki, U-20 millisinin vaxtaşırı toplanışları təşkil olunur və 17-18 yaşlı futbolçularımız orada cəmlənir. Rui Jorge kimi təcrübəli çalışdırıcının rəhbərliyi altında məşqlər keçirilir, toplanışlar təşkil olunur, oyunlarda iştirak edirlər.
U-15 milli komandası üçün də zaman-zaman seçimlər aparılır, bunun üçün toplanışlar təşkil olunur.
Yaxşı ki, belə məqamda bu yarışlar var. Və bu yarışlara görə federasiya bu cür addımlar atır.
Burada üzə çıxacaq gənclər gələcəkdə futbolumuzun simalarına çevrilmiş olacaqlar.
XANOĞLAN/ SPORTİNFO.AZ
