Kubalı Azərbaycanda reabilitasiya keçdi, yaxşı nəticə əldə etdi - VİDEO

02:30 Hadisə 84
Kubalı Azərbaycanda reabilitasiya keçdi, yaxşı nəticə əldə etdi - VİDEO

Kubalı peşəkar voleybolçu Luis Elian Estrada Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya keçərək uğurlu nəticə əldə edib.

Sportinfo.az xəbər verir ki, kubalı voleybolçu iki il əvvəl məşq zamanı diz travması səbəbindən əməliyyat olunub.

Bir çox ölkədə reabilitasiya keçsə də, hərəkət və oyun zamanı ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.

Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən idmançı mütəxəssislərin nəzarəti altında reabilitasiya proqramına cəlb olunub.

Reabilitasiya proqramından sonra voleybolçunun fiziki vəziyyəti yaxşılaşıb və yarışlarda daha uğurlu nəticələr əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM