"Kür" APOEL-ə tam üstünlüklə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlayıb.
O, qadın həndbolçulardan ibarət "Kür" komandasının Kipr təmsilçisi APOEL-i məğlub etdiyi (39:13) EHF Avropa Kubokunun II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:
"Komandamız tam üstünlüklə qələbə qazandı. Bu, yaxşı siqnaldır.
Artıq yeni rəqibi gözləyirik. Komandamız dörd ildir ki, fəaliyyət göstərir.
Komanda idman növlərinin bölgələrdə də inkişaf etməsini istəyirik. Azyaşlılar arasında da müxtəlif çempionatlar keçirilir.
Azərbaycan Həndbol Federasiyasında müəyyən problemlər var və klublara maddi dəstək yoxdur. Biz bacardığımız qədər dəstək olmağa çalışırıq".
Ötən gün ilk qarşılaşmada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb. Komandanın rəqibi oktyabrın 13-də bəlli olacaq.
