Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında növbəti medalı aktivinə əlavə edib.
Sportinfo.az xəbər verir ki, yığmamızın heyətində bu dəfə Həsrət Məmmədov (46 kq) fəxri kürsüyə yüksəlib.
Təmsilçimiz finalda Kristi Kaşuya (Rumıniya) uduzub. Bununla da yığmamızın medallarının sayı 6-ya çatıb.
