“Tapşırıqları yaxşı yerinə yetirdilər, komandamdan çox razıyam”

07:40 Həndbol 145
“Tapşırıqları yaxşı yerinə yetirdilər, komandamdan çox razıyam”

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun II təsnifat mərhələsinin cavab oyununda daha inamlı təsir bağışlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin baş məşqçisi Fuad Yanqildin jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivini 39:13 hesabı ilə məğlub etdikləri görüşlə bağlı fikirlərini bölüşüb:

"Birinci oyuna nisbətən komanda ikinci matçda daha inamlı idi. Tapşırıqları yaxşı yerinə yetirdilər.

Komandamdan çox razıyam. Təəssüratlarım əladır. Növbəti raunddakı potensial rəqiblərə baxmışıq. Hansı komanda ilə qarşılaşacağımızı gözləyirik".

Ötən gün eyni arenada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb. Komandanın III təsnifat mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM