Cəmilə finalda almaniyalını üstələdi, Avropa çempionu adına yiyələndi

04:10 Boks 77
Cəmilə finalda almaniyalını üstələdi, Avropa çempionu adına yiyələndi

Azərbaycan boksçusu Cəmilə Muradlı Budvada U-17 Avropa çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan milli komandanın idmançısı finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM