Ermənilərin daha iki matçı azərbaycanlı Fəridəyə TAPŞIRILDI

08:30 Bizimkilər 181
Ermənilərin daha iki matçı azərbaycanlı Fəridəyə TAPŞIRILDI

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində B qrupunun 3 oyununda fəaliyyət göstərəcək.

Fəridə Lütfəliyeva oktyabrın 7-də İrlandiya – Ermənistan matçını idarə edib.

Təmsilçimiz oktyabrın 13-də Ermənistan – Gürcüstan görüşünün baş hakimi, 10-da isə Bolqarıstan – Ermənistan qarşılaşmasının ehtiyat hakimi olacaq.

Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmaya baş hakimin köməkçisi kimi təyin edilib. Oyunlar Bolqarıstanın Albena şəhərində keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM