Azərbaycan qadın millisinin yarımmüdafiəçisi Jalə Məhsimova karyerasını “Neftçi”də davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, futbolçu 2026/2027 mövsümündə də Azərbaycan Qadınlar Super Liqasında çıxış edən paytaxt təmsilçisinin formasını geyinəcək.
Məhsimova ötən mövsümü Türkiyədə - “Yüksekova”da keçirib.
O, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin heyətində altı oyunda meydana çıxıb, 505 dəqiqə oynayıb və üç məhsuldar ötürmə verib.

