Yeni yaradılan klubdan İDDİALI AÇIQLAMA: ”Daha böyük planlarımız var”

22:30 Region Liqası 290
Yeni yaradılan klubdan İDDİALI AÇIQLAMA: ”Daha böyük planlarımız var”

“Bizim məqsədimiz təkcə Region Liqasında iştirak etmək və II Liqaya vəsiqə qazanmaq deyi, daha böyük planlarımız var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Təkan”ın baş məşqçisi Zeynalabidin Hüseynova məxsusdur.

Məlum olduğu kimi, Bakıda yeni futbol klubu yaradılıb. ”Təkan” üzümüzə gələn mövsümdə Region Liqasında mübarizə aparacaq.

Bununla bağlı AFFA-ya edilən müraciət müsbət cavablandırılıb.

«Təkan»ın dəstəkçiləri bir qrup iş adamıdır. Onlar tərəfindən kollektivə kifayət qədər büdcə ayrılıb.

Məqsəd də birmənalıdır - Region Liqasında çempion olmaq və birbaşa II Liqaya vəsiqə qazanmaq.

Bu niyyətlə heyətə bir neçə təcrübəli oyunçu cəlb edilib. Gənc çalışdırıcının hədəflərinin daha böyük olduğunu bildirib:

”İstəyirik ki, uşaq futbolunu düzgün və strukturlu şəkildə quraq, aşağı yaş qruplarından başlayaraq öz futbolçularımızı yetişdirək və gələcəkdə sağlam təməllər üzərində dayanan bir klub yaradaq.

Təbii ki, hazırda əsas hədəfimiz II Liqaya vəsiqə qazanmaqdır. İnşallah, bu mövsüm bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.

İstəyirik ki, ”Təkan” Azərbaycan futboluna yeni nəfəs gətirsin. Bunun üçün də təkcə sözlə yox, işimizlə özümüzü göstərməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti