Azərbaycanlı Məhəmmədəli Avropa çempionu oldu

08:10 Cüdo 138
Azərbaycanlı Məhəmmədəli Avropa çempionu oldu

Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb.

O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.

Beləliklə, milli komandamız U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İ

stamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM