Türkiyə 1-ci Liqasında 9-cu turun oyunları oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun formasını geyindiyi “Bursaspor” doğma meydanda “Mardin 1969” komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Toral Bayramov matçı ehtiyat oyunçular skamyasından izləyib. Bu nəticədən sonra "Bursaspor" 19 xalla 2-ci pillədə qərarlaşıb.
"Bursaspor" - "Mardin 1969" 1:2
Qollar: K.İheanaço, 81 - T.Tekliç, 21, Z.Dimitrov, 90+4
