Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazandı

04:40 Digər növlər 124
Gimnastlarımız beynəlxalq turnirdə qızıl və gümüş medallar qazandı

Azərbaycan idmançıları oktyabrın 9-dan 11-dək Çexiyada keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medal qazanıblar.

13–14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli 45,210 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər arasında fərdi proqramda Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla qızıl medala sahib çıxıblar.

Beləliklə, gimnastlar turniri üç qızıl və bir gümüş medalla başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM