Azərbaycan klubu APOEL-i yenə uddu, Avropa Kubokunda mərhələ adladı

03:40 Həndbol 93
Azərbaycan klubu APOEL-i yenə uddu, Avropa Kubokunda mərhələ adladı

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun növbəti oyununda da qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsinin cavab görüşündə Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki Mingəçevir klubunun qələbəsi ilə yekunlaşıb - 39:13.

Ötən gün eyni arenada rəqibini 40:18 hesabı ilə üstələyən "Kür" növbəti mərhələyə vəsiqə qazanıb.

Komandanın III təsnifat mərhələsindəki rəqibi oktyabrın 13-də müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM