Ötən mövsüm “Karvan-Yevlax”da tər tökmüş Qavi Tompsonun 5 aylıq işsiz günləri başa çatıb.
Nigeriyalı hücumçu karyerasını Şimali Kiprdə davam etdirəcək.
O, bu ölkədə “Degirmenlik” ilə 1 illik müqavilə imzalayıb.
Maraq üçün bildirək ki, Tompson ötən mövsüm “Karvan-Yevlax””ın heyətində 32 oyunda meydana çıxıb.
Afrikalı bu matçlarda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ
