“Mançester Siti”nin başqa seçimi yoxdur – Qvardiola ilə davam!

7 İyun 2024 15:20 İspaniya 963
“Mançester Siti”nin başqa seçimi yoxdur – Qvardiola ilə davam!

“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə ayrılmaq istəmir.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, rəhbərlik 53 yaşlı mütəxəssislə əməkdaşlığı uzatmaq istəyir.

Klub anlayır ki, Qvardiolaya layiqli əvəzləyici tapmaq çox çətin olacaq.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”nin baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 6 dəfə Premyer Liqa çempionu, 2022/23 mövsümündə isə UEFA Çempionlar Liqasının qalibi olub.

İspaniyalı mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti