Premyer Liqa klubu milli üzvünü icarəyə verdi

27 Oktyabr 2020 00:28 İngiltərə 578
Premyer Liqa klubu milli üzvünü icarəyə verdi

"Vest Bromviç”in futbolçusu Əhməd Heqazi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı misirli futbolçu “Əl İttihad”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Heqazi, 2020/21 mövsümünü icarə əsasında “Əl İttihad”da keçirəcək.

Misir milli komandasının da üzvü olan müdafiəçi 2017-ci ildən “Vest Bromviç”də idi. Heqazi bu mövsüm İngiltərə Premyer Liqasında 1 oyuna çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti