“Neftçi” də AFFA-ya pul verəcək, “Sabah” da

31 Avqust 2023 13:40 İngiltərə 673
“Neftçi” də AFFA-ya pul verəcək, “Sabah” da

“Sabah” və “Neftçi”nin futbolçusu cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Amin Seydiyev və Rza Cəfərovun cəza müddəti açıqlanıb.

Premyer Liqanın “Zirə”yə qarşı keçirilən IV turunun oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın müdafiəçisi Amin Seydiyev komandasının qarşıdakı 2 matçını buraxacaq.

“Qəbələ” ilə qarşılaşmada rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alan “Neftçi”nin qapıçısı Rza Cəfərov isə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb.

“Sabah” 1500, “Neftçi” isə 800 manat cərimələnib.

“Neftçi” – “Qəbələ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması Bakı klubunu daha 800 manat ziyana salıb.

“Qarabağ” – “Kəpəz” oyununda da eyni hal yaşanıb. Bu, ağdamlıların 800 manat cərimələnməsinə səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti