Ən yaxşı transferlərə investisiya qoymaq niyyətindədir - “Mançester Yunayted”

19 Mart 2025 15:40 İngiltərə 591
Ən yaxşı transferlərə investisiya qoymaq niyyətindədir - “Mançester Yunayted”

“Mançester Yunayted”in rəhbərliyi heyətini xeyli gücləndirmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” oyunçuların satışında və maaş fondunun qarşıdan gələn boşaldılması səbəbindən bu yay ən yaxşı transferlərə investisiya qoymaq niyyətindədir.

“Mançester Yunayted”in Viktor Lindelof, Kazemiro, Kristian Eriksen və Kobbi Mainu ilə yollarını ayıracağı gözlənilir. Bundan əlavə, klubun Markus Reşford və Antonini də satmağı planlaşdırdığı bildirilir.

Ruben Amorimin komandası 29 turdan sonra 37 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi