
“Barselona”nın hücumçusu Mark Giu tezliklə İngiltərə Premyer Liqası klubunun futbolçusu ola bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı ispaniyalı futbolçunun “Çelsi” ilə müqavilə bağlayacağı iddia edilir.
“Çelsi” Giu üçün 6 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə razılaşıb.
London klubu futbolçuya “Barselona”da aldığı maaşdan üç dəfə artıq pul verəcək.
Giu ötən mövsüm İspaniya çempionatında 3 oyun keçirib.