"Belə fürsət həyatda bir dəfə ələ düşər - Rahat olmalı və həzz almalıyıq"

28 May 13:10 İngiltərə 419
"Belə fürsət həyatda bir dəfə ələ düşər -  Rahat olmalı və həzz almalıyıq"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümü üç titulla başa vurmaq şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis hədəflərinə çatmaq üçün yaxşı fürsətlərinin olduğunu söyləyib:

"Belə fürsət həyatda bir dəfə ələ düşər. Rahat olmalı və həzz almalıyıq.

Finallarda ən yaxşı performansımızı göstərməliyik. Belə fürsətin bir də nə vaxt ələ keçəcəyini bilmirik".

Premyer Liqada çempionluq yaşayan "Mançester Siti" İngiltərə Federasiya Kubokunda və Çempionlar Liqasında finaldadır.

"Şəhərlilər" Federasiya Kubokunda iyunun 3-də "Mançester Yunayted"lə, ÇL-i finalında isə iyunun 10-da "İnter"lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu