“Gün gələcək, klub rəhbərliyi ona “xahiş edirik qal” deyəcək”

24 Sentyabr 2022 00:10 İngiltərə 395
“Gün gələcək, klub rəhbərliyi ona “xahiş edirik qal” deyəcək”

"Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra Portuqaliya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, fransalı "qırmızı şeytanlar"ın Kriştiano Ronaldoya ehtiyac duyduğunu söyləyib:

“Bəlkə də “Mançester Yunayted” hazırda çətinlik yaşayır və başqa futbolçulardan istifadə etməlidi. Lakin onların həmişə Kriştiano Ronaldoya ehtiyacı olacaq. Mənə inan, bu, belədir.

Gün gələcək, “Mançester Yunayted” rəhbərliyi “Kriştiano, xahiş edirik qal” deyəcək. Bu da məntiqlidir. Çünki onun kimi futbolçuya hər zaman ehtiyac var".

​41 yaşlı veteran futbolçu 2006-2014-cü illərdə “Mançester Yunayted”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"