Ronaldo "Mançester Yunayted"dən niyə ayrılmaq istəyir?

3 İyul 2022 00:20 İngiltərə 560
Ronaldo "Mançester Yunayted"dən niyə ayrılmaq istəyir?

"Mançester Yunayted"in ulduz futbolçusu Kriştiano Ronaldo komandadan ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə nüfuzlu "Times" nəşri çıxış edib.

Təcrübəli forvard istəyini klub rəhbərliyinə bildirib. 37 yaşlı hücumçu cəlbedici təklif gələcəyi halda "qırmızı şeytanlar"ı tərk edəcək.

Ronaldonun ayrılıq qərarı verməsinin əsas səbəbi komandanın Çempionlar Liqasında iştirak etməməsidir. Portuqaliyalı futbolçu qitənin ən nüfuzlu klub turnirində oynamaq istəyir.

2021-ci ilin yayında "Yuventus"dan "Mançester Yunayted"ə keçən Ronaldo İngiltərə klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"