"Klubun gələcəyi üçün doğru qərar verildiyini düşünürəm"

13 May 2022 00:10 İngiltərə 731
"Klubun gələcəyi üçün doğru qərar verildiyini düşünürəm"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yayda komandasına qatılacaq Erlinq Haaland haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis 22 yaşlı hücumçunun transferinin klub üçün doğru qərar olduğunu bildirib:

"Klubun gələcəyi üçün doğru qərar verildiyini düşünürəm. Ümid edirəm, Halland uzun illər uğurlu karyera yaşayar. Növbəti mövsümdə komandamıza mükəmməl şəkildə uyğunlaşacağına əminəm.

Baş məşqçini yaxşı edən oyunçulardır. Haaland inanılmaz bir istedaddır və hələ gəncdir. "Mançester Siti"də uğurlu olması üçün əlimizdən gələni edəcəyik".

"Mançester Siti" Dortmund "Borussiya"sından Erlinq Haalandı 75 milyon avroya heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada