“Yəqin ki, mən indi komandada sevilən biri deyiləm”

11 May 22:00 İngiltərə 245
“Yəqin ki, mən indi komandada sevilən biri deyiləm”

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasının 36-cı turunun “Vulverhempton”la oyunundan (2:2) sonra futbolçularının istirahət gününü ləğv etməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis sevilmək üçün yüksək səviyyəli baş məşqçi olmağa ehtiyac olmadığını deyib:

“Hər zaman sevilmək istəyirsənsə, yüksək səviyyəli baş məşqçi olmamalısan. Çünki bu, baş verməyəcək.

İndi yəqin komandada sevilən biri deyiləm. Əksər oyunçular 30 dəqiqə danışmağı və son oyunu izləməyi gözləyirdilər.

Bazar günü niyə toplaşdıqlarını başa düşdükdən sonra bununla barışmalı oldular. İstirahət günümü də ləğv etdiyim üçün mənə istirahət günü lazımdır.

Bazar günü üçün planlarım var idi, lakin onlar ləğv edilməli idi. Belə şeylər olur. Günorta saat 1-də gənclər komandasının oyunu var idi və bir çox “Çelsi” oyunçusu onu izləmək üçün qaldı.

Komanda məsuliyyəti öz üzərinə götürür və mənim xoşuma gələn budur”.

Digər Xəbərlər
Xəbər Lenti