Atası əsəbiləşdi və bu paylaşımı etdi - Bir sürü kloun

21 Oktyabr 2021 15:20 Hadisə 524
Atası əsəbiləşdi və bu paylaşımı etdi - Bir sürü kloun

“Ateltiko”nun hücumçusu Antuan Qrizmanın atası Alen Qrizman Çempionlar Liqasında “Liverpul”la keçirilən oyunun hakimlərini sərt tənqid edib.

Sportinfo.az xəbər verir ki, fransalı ulduz həmin oyunda qırmızı vərəqə ilə cəzalanıb.

O, ayağını həddindən artıq yüksəyə qaldırdığı üçün bu cəzaya layiq görülüb.

Maraqlıdır ki, “Milan”ın futbolçusu Zlatan İbrahimoviç eyni kobudluğa görə sarı vərəqə alıb. Ata Qrizman da məhz bu məqamı qabardıb. O, Zlatanın kobudluğunu əks etdirən şəkli paylaşaraq yazıb:

“İbrahimoviçə sarı, Qrizmana qırmızı. Bir sürü klounlardır”.

“Atletiko” “Liverpul”a məğlub olub – 2:3.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"