Ehtiram Quliyevin qorxaq “general”ı

11:05 Turan 119
Ehtiram Quliyevin qorxaq “general”ı

Tovuz yenə futbola acdır. Yeni mövsümün açılış oyununda stadionu boş qoymadılar.

4800 nəfərin gəldiyi qeyd olunub protokolda.

Bu, kifayət qədər ciddi rəqəmdir. Demək, Tovuz əhli doğma «Turan»dan əlini üzməyib, gözləntiləri həmişəkitək böyükdür.

Bunun qarşılığını verməli olan futbolçular deyil, hər halda mən belə düşünürəm. Onlar, sadəcə, əsgərdirlər.

Əsgərin borcu isə generalın - baş məşqçinin əmrlərini yerinə yetirməkdir. «Turan»da general adına bir neçə nəfər iddia edir.

Fəqət, o gücü daşıyan yalnız bir nəfərdir - Kurban Berdiyev.

Türkmən kökənli «Baba» isə öz yolunu və tərzini dəyişmək fikrindən çox-çox uzaqdır. İlk iki mövsümdə olduğu kimi, bu gün praqmatik futbolunu oynatmaqdadır.

Dəyişməyəcək o. heç vaxt. Çünki gözünü futbolda açandan bu cür işləyib və nə əldə edib, onun hesabına olub.

İdarə Heyətinin sədri Ehtiram Quliyev çempionluq uğrunda mübarizə aparacaqlarını açıqlayıb. «Turan»ın qızıl taxta əyləşəcəyini gözləməsəm də, güman edirəm ki, ilk dördən yerdən birini tutacaqlar.

Tovuz camaatı arxalarında dayandığı müddətcə, «Turan» səndirləyib aşağılara yuvarlanmayacaq.

Mən bir şeydən narahatam, sadəcə: Berdiyev məqsədi yalnız Premyer Liqada qalmaq olan «Qəbələ» ilə qarşılaşmada «beşli müdafiə» blokundan əl çəkməyə ürək eləmir. Bu, «Qəbələ»dir də, pis gündədir.

Qorxaqsan, bilirik, görmüşük. Day bu bu dərəcədə ağciyərlik olmaz da…

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti